NATO: Rusiya Odessanı ələ keçirmək planından əl çəkməyibbackend

NATO: Rusiya Odessanı ələ keçirmək planından əl çəkməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Rusiyanın Dnestryanı ərazisindən Ukraynaya hücum etmək üçün kifayət qədər qüvvəsi yoxdur.

Editor.az “Newsweek” a istinadla yazır ki, bunu Berlində Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən tədbirdə NATO baş katibinin müavini Mirça Coane deyib. Onun sözlərinə görə, Kreml Odessanı ələ keçirmək planlarından əl çəkməyib. “Bu gün Rusiyanın Dnestryanıdan keçib Ukraynanı arxadan mühasirəyə almağa gücü çatmır. Bu, hələ də qüvvədə olan plandır. Biz Rusiyanın buna gücü çatdığını görmürük”.

Coan qeyd edib ki, Rusiyanın NATO-ya qarşı müharibəyə başlamaq niyyəti və imkanı yoxdur. “Ukraynanın kifayət qədər problemləri var və biz Ukraynaya onlar üçün daha çox problem yaratmağa kömək etməliyik. Biz çox diqqətli olmalı və eskalasiya riskindən qaçmalıyıq”, – o, əlavə edib.

//Gülnarə Abasova, Editor.az