NATO: Rusiyanın heç bir müttəfiq ölkəyə hücum etmək niyyəti yoxdurbackend

NATO: Rusiyanın heç bir müttəfiq ölkəyə hücum etmək niyyəti yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO baş katibinin müavini Mirça Coana Rusiyanın heç bir müttəfiq ölkəyə hücum etmək niyyətində olmadığını bildirib.

Editor.az xəbər verir ki, Mirça Coana bu barədə Unirea FM radiosuna bildirib.

“Aydındır ki, Rusiyanın hazırda heç bir NATO ölkəsinə hərbi hücum etmək niyyəti və ya ehtimalı yoxdur, lakin bizə qarşı hərtərəfli hibrid müharibə başlayıb. Hazırda biz misli görünməmiş mürəkkəblikdə böhranların, texnoloji və sosial transformasiyaların birləşməsinin şahidi oluruq”,-deyə o bildirib.

Rumıniyanın NATO üzvlüyünün təhlükəsizliyini təmin etdiyinə görə minnətdar olması lazım olduğunu ifadə edən Geoana “Biz çox güclü bir ittifaq içindəyik. Biz hərbi istehsal və müdafiə planlarının artırılması da daxil olmaqla, son illərdə heç vaxt görülməmiş səviyyədə NATO-ya uyğunlaşma və transformasiya prosesindəyik”,-deyə bildirib.

//Gülnarə Abasova, Editor.az