NATO sammitində SÜRPRİZ: menyudakı rus salatı iştirakçıları ŞOKA SALDIbackend

NATO sammitində SÜRPRİZ: menyudakı rus salatı iştirakçıları ŞOKA SALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madriddə keçirilən NATO sammitinin iştirakçılarını foruma xidmət edən restoranının menyusunda rus salatının adının görünməsi şoka salıb.

Bu barədə “Reuters” məlumat yayıb.

Salatın adı menyunun yuxarı sətirində yerləşir. Buraya kartof, yerkökü, noxud və mayonez daxildir. Rus kartof salatının qiyməti 8 avrodur.

İştirakçılar Rusiyanı NATO ölkələri üçün birbaşa təhlükə adlandırmaq planları fonunda menyuya rus salatının daxil edilməsindən çaşdıqlarını bildiriblər.

“NATO sammitində rus salatı? Bu seçim məni bir az şoka salıb”, – İnyaki Lopezin sözlərini “Reuters” agentliyi sitat gətirib.

Məqalənin müəllifləri qeyd edirlər ki, yemək bir neçə saat ərzində satılıb.

Xatırladaq ki, çərşənbə axşamı İspaniyanın paytaxtında NATO sammiti başlayıb.

Publika.az