NATO Şərq sərhədlərini gücləndirirbackend

NATO Şərq sərhədlərini gücləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 24-də – Cümə axşamı Avropa liderləri Ukraynadakı müharibə ilə bağlı Vaşinqtonla birlik nümayiş etdirdilər: London Kremlə qarşı yeni sanksiyalar tətbiq etdi, NATO isə Şərqi Avropadakı qoşunlarının sayını artırmaq qərarına gəldi. Bu qərar NATO-nun Brüsseldə keçirilən sammitində iştirak edən prezident Baydenin də alqışladığı bir qərardır.

Editor.az-ın “Qolos Amerika”ya istinadən verdiyi xəbərə görə, qapalı keçirilən iclasda Ağ Ev rəhbəri növbəti dəfə Ukraynaya yardım göstərmək və Şimali Atlantika Alyansının şərq cinahını gücləndirməyin vacib olduğunu söyləyib.

Eyni zamanda, NATO rəhbərliyi münaqişənin birbaşa iştirakçılarından birinə çevrilmək istəməyərək, Ukrayna prezidenti Zelenskinin Ukrayna üzərində uçuşa qadağa zonası yaratmaq xahişini də rədd edib.

Hazırda Baltikdən Qara dənizə qədər uzanan geniş ərazidə  – postsovet dövlətləri ilə sərhəddə bu ölkələrin nizami ordularından əlavə, NATO-ya üzv ölkələrin 40 minə yaxın hərbi qulluqçusu  yerləşdirilib.

Editor.az