NATO son illərin ən böyük hərbi təlimlər keçirəcək: Təlimlərdə “Rusiyadan hücum” ssenariləri məşq ediləcəkbackend

NATO son illərin ən böyük hərbi təlimlər keçirəcək: Təlimlərdə “Rusiyadan hücum” ssenariləri məşq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO 2024-cü ilin yazında “Sabit Müdafiəçi” adlı genişmiqyaslı hərbi təlimlər keçirəcək.

Editor.az bildirir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti xəbər yayıb. Nəşrin məlumatına görə, Soyuq Müharibədən sonra ən genişmiqyaslı olacaq təlim zamanı NATO qüvvələri “Rusiyadan hücum” ssenarisini işləyəcəklər.

Təlimlər fevral və mart aylarında Almaniya, Polşa və Baltikyanı ölkələrdə keçiriləcək. İlkin planlara görə, onlarda NATO-nun 31 dövlətindən hərbi qulluqçuların, eləcə də hələlik Şimali Atlantika Alyansına rəsmi qoşulmayan İsveç ordusu bölmələrinin iştirakı gözlənilir.

Təlimin məqsədi “Rusiyanın NATO ölkələrindən birinə qarşı yönəlmiş təcavüzünü dəf etmək cəhdini həyata keçirməkdir”. FT yazır ki, təlimlər alyans ölkələrinin Silahlı Qüvvələrinin Rusiya ilə potensial hərbi münaqişəyə hazır olduğunu nümayiş etdirməlidir.

Sözügedən təlimlərə 41 minə yaxın hərbçi və ən azı 50 gəmi cəlb oluna bilər. NATO hərbçiləri təlimlər zamanı 500-700 uçuş həyata keçirəcək. NATO rəhbərliyi hələ ki, “Sabit Müdafiəçi” təlimi ilə bağlı məlumatları rəsmi şəkildə təsdiq etməyib.

//Samir Qurbanov, Editor.az