Soyuq Müharibə başa çatdıqdan sonra ilk dəfə olaraq NATO ölkələri Rusiyanın mümkün təcavüzünə cavab vermək üçün regional müdafiə planı barədə razılaşdılar.
Editor.az bu barədə “Reuters”a istinadla xəbər verir.
“NATO müttəfiqləri Rusiyanın hücumuna necə cavab veriləcəyini təsvir edən regional planlar üzərində razılığa gəliblər”, -xəbərdə deyilir. Bu razılaşmanı ‘böyük irəliləyiş olaraq xarakterizə edən xəbərdə təşkilatın Soyuq Müharibədən sonra ilk dəfə belə bir sənəd hazırlamağa qərar verdiyini qeyd edilib.
//Gülnarə Abasova, Editor.az

