NATO -nun baş katibi Yens Stoltenberq ABŞ və Almaniyanın təşkil etdiyi “Əfqanıstan” nın müzakirə edildiyi görüşdə Talibanın öhdəliklərini yerinə yetirməli olduğunu bildirib.
Editor.az xəbər verir ki, NATO-dan verilən məlumata görə, Stoltenberg ABŞ Dövlət Katibi Anthony Blinken və Almaniya Xarici İşlər Naziri Heiko Maasın birgə görüşündəki açıqlamasında Talibanın terrorçuların, insan haqlarının və Əfqanıstanı tərk etmək istəyənlərin təhlükəsiz şəkildə ölkədən getmələri ilə bağlı verdiyi sözlərə əməl etməli olduqlarını vurğulayıb.
Eyni zamanda Stoltenberg, NATO -nun bu ölkədə mövcudluğunun onilliklər ərzində regional təhlükəsizliyi və sabitliyi yaxşılaşdırdığını söyləyib. Stoltenberg, gələcəkdə Əfqanıstanda terrorçu qrupların yenidən qurulmasına icazə verilməməli olduğunu və bütün NATO müttəfiqlərinin terrorla mübarizədə birgə mübarizə aparmalarının lazımlı olduğunu bildirib.
//Gülnarə Abasova, Editor.az

