NATO təlimində qəzaya uğrayan ABŞ təyyarəsinin bütün ekipajı ölüb – YENİLƏNİBbackend

NATO təlimində qəzaya uğrayan ABŞ təyyarəsinin bütün ekipajı ölüb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin şimal-qərbində Nordland rayonunda qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin ekipaj üzvlərinin cəsədləri tapılıb.

APA AFP-ə istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.

Qəzaya uğrayan təyyarənin 4 ekipaj üzvündən hamısı ölüb.

Onlar Norveçdə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edirdi.

***

19.03.2022

Saat 01:49

Norveçdə içərisində 4 nəfərin olduğu ABŞ-a məxsus hərbi təyyarə qəzaya uğrayıb.

APA “Nordic News” portalına istinadən xəbər verir ki, Norveçin şimalında qəzaya uğrayan təyyarə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edib.

Xilasedici qruplar qəza yerinə yollanıb.

Ekipajın taleyi haqqında məlumat yoxdur.