NATO təlimlər vasitəsilə Rusiya ilə müharibəyə hazırlaşdığını inkar edibbackend

NATO təlimlər vasitəsilə Rusiya ilə müharibəyə hazırlaşdığını inkar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun “Sabit Müdafiəçi 2024” təlimləri Alyansın Rusiya Federasiyası ilə mümkün münaqişəyə hazırlaşdığına işarə etmir.

Editor.az bu barədə Financial Times (FT) qəzetinə istinadən xəbər verir ki, NATO-nun Hərbi Qərargah rəisinin müavini Qunnar Brüqner bildirib.

“Biz heç kimlə müharibəyə hazırlaşmırıq. Biz reallığa yaxın vəziyyətə hazırlaşırıq”, – deyən Bruqner təlimlərin NATO-nun Rusiya ilə münaqişəyə hazırlığının bir forması olub-olmaması ilə bağlı sualı cavablandırıb. O əlavə edib ki, bölmə hazırlığı əsgərlər üçün stress testi olmaqla yanaşı, həm də çəkindirmə mesajı göndərmək üsuludur.

RİA Novosti agentliyi yanvarın 31-də bildirib ki, NATO-nun Soyuq Müharibədən bəri ən böyük təlimi olan “Sabit Müdafiəçi 2024”ün aktiv mərhələsi Rusiya sərhədləri yaxınlığında başlayıb. Alyansın 32 ölkəsindən 90 min hərbçi iştirak edir. Təlimlər Baltikyanı ölkələr, Polşa və Almaniyada keçirilir. Kremlin sözçüsü Dmitri Peskov daha sonra bildirib ki, Rusiya açıq şəkildə NATO təlimlərini təhlükə kimi qəbul edir.

//Gülnarə Abasova, Editor.az