NATO üçün tarixi şans: Rusiya demilitarizasiya və denasifikasiya oluna bilər, əgər…backend

NATO üçün tarixi şans: Rusiya demilitarizasiya və denasifikasiya oluna bilər, əgər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün NATO üçün müstəsna vəziyyət mövcud olan təhlükəni Ukrayna Silahlı Qüvvələrinin səyləri ilə azaldılmasından ibarətdir.

Editor.az bildirir ki, bu sözləri hərbi analitik Vyaçeslav Seluyko deyib. O, hesab edir ki, NATO Ukraynanı kifayət qədər müasir silahlarla təmin etməklə Rusiyadan gələn təhlükəni aradan qaldıra bilər. “Mənə elə gəlir ki, NATO ölkələrinin Rusiya Federasiyasından gələn təhlükə problemini özlərinin həll etməməsi üçün unikal şansı var.

NATO sadəcə kifayət qədər vəsait verməlidir ki, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunu məhv etsin”, – Seluyko Espresso-ya deyib. Yəni, ekspertin fikrincə, NATO Rusiyanı Ukrayna Silahlı Qüvvələrinin əli ilə demilitarizasiya edə bilər.

“NATO üçün müstəsna vəziyyət yaranıb ki, bu blok üçün mövcud olan təhlükəni Ukrayna Silahlı Qüvvələrinin səyləri ilə azaltsın. Əgər Ukrayna Silahlı Qüvvələri kifayət qədər müasir silahlarla təmin olunarsa, o zaman problem kökündən həllini tapar. Rusiyadan gələn təhlükə nəhayət aradan qalxacaq, Rusiya demilitarizasiya və denasifikasiya olunacaq. Əbədi olmasa da, çox uzun müddətə”, – deyə analitik əlavə edib.

  //Samir Qurbanov, Editor.az