NATO Ukrayna ilə bağlı rəsmi bəyanat yaydıbackend

NATO Ukrayna ilə bağlı rəsmi bəyanat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Şimali Atlantika Alyansı (NATO) bundan sonra da Ukraynaya lazım olan hər cür dəstəyi verəcəcək.

Editor.az xəbər verir ki, bu barədə qurumun Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibəsinin ildönümü ilə əlaqədar verilən rəsmi bəyanatında bildirilir.

Bəyanatda deyilir: “Son onilliklərin Avro-Atlantik təhlükəsizliyinə ən ciddi təhdid olan Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bir ilini qeyd edərkən, biz müttəfiqlər olaraq, Ukrayna hökuməti və xalqı ilə həmrəy olduğumuzu bir daha təsdiq edirik.

Biz həlak olanların xatirəsini ehtiramla yad edir və Rusiyanın qeyri-qanuni müharibəsi nəticəsində Ukraynanın yaşayış massivlərinin, mülki və enerji infrastrukturu da daxil olmaqla törədilən dağıntılardan və faciəli insan iztirablarından təəssüflənirik. NATO, Ukraynanın qələbə qazanmasına kömək etmək üçün lazım olan müddətdə dəstəyini davam etdirəcək. Biz Ukraynanın azad və demokratik gələcəyini təmin etmək səylərini dəstəkləməkdə qərarlıyıq.

Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyimizi bir daha təsdiqləyirik. Biz Ukraynanın özünümüdafiə hüququna və öz təhlükəsizlik mexanizmlərinin seçminə hörmətlə yanaşırıq. Rusiya, BMT Baş Assambleyasının 23 fevral 2023-cü il tarixli qətnaməsinə və digər müvafiq qətnamələrə uyğun olaraq müharibəni dərhal dayandırmalı və silahlı qüvvələrini Ukraynadan çıxarmalıdır.

  //Samir Qurbanov, Editor.az