NATO Ukrayna səmasını bağlayacaqmı?backend

NATO Ukrayna səmasını bağlayacaqmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Ukraynanın qonşularının onun ərazisi üzərində Rusiya qırıcılarını və pilotsuz təyyarələrini vurmasını düzgün hesab edir.

Editor.az bildirir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski brifinqdə deyib. Sorğular göstərir ki, Polşa cəmiyyəti Ukrayna ərazisi üzərində “səmaları bağlamaq” ideyasını dəstəkləyir. Lakin Varşavanın üzvü olduğu NATO-nun razılığı olmadan belə bir qərarın qəbulu mümkün deyil: “Polşa NATO üzvüdür və buna görə də biz Alyansın qərarını gözləmək məcburiyyətindəyik”, – Polşanın xarici işlər naziri bildirib.

O qeyd edib ki, Aİ ölkələrində hava məkanının pozulması hallarının artması səbəbindən müttəfiqlər arasında bu məsələ ilə bağlı müzakirələr sürətləndirilmiş templə davam edir.
Qeyd edək ki, sentyabrda ABŞ prezidentinin keçmiş elçisi Kurt Uoker bildirmişdi ki, Polşa digər qonşularından daha çox Ukrayna üzərində səmanın bağlanması zərurətini dəstəkləyir. Onun sözlərinə görə, bu ideya Qərbdə hələ ki, geniş dəstəklənmir. Bir çox NATO ölkələri hesab edir ki, Baltikyanı ölkələr prioritet olmalıdır: “Düşünürəm ki, Rusiya NATO-nun gücünü sınamağa davam edərsə, bu ideya NATO-da daha çox dəstək qazanacaq”, – amerikalı diplomat qeyd edib.

//Samir Qurbanov, Editor.az