“NATO Ukraynanı Rusiyaya hücuma hazırlayırdı, xüsusi əməliyyat onun qarşısını aldı”backend

“NATO Ukraynanı Rusiyaya hücuma hazırlayırdı, xüsusi əməliyyat onun qarşısını aldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin hələ yanvarda Ukraynaya silah tədarükü ilə bağlı qəbul etdiyi qərarlar NATO-nun ölkəni Rusiyaya hücuma hazırlamaq niyyətini təsdiqləyir. Ukraynada hərbi xüsusi əməliyyata başlayan Rusiya prezidenti Vladimir Putin bunun qarşısını ala bilib.

Bu fikri Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında bildirib.

“Əsgər və zabitlərimiz böyük faciənin qarşısını aldılar. NATO Ukraynanı ölkəmizə hücuma hazırlayırdı. Ukraynaya silah tədarükü ilə bağlı bütün qərarların yanvar ayında ABŞ parlamenti tərəfindən qəbul edildiyini başqa necə izah etmək olar. Yəni xüsusi hərbi əməliyyat başlamazdan əvvəl”, – Volodin vurğulayıb.

O qeyd edib ki, ukraynalılar bu gün Vaşinqton üçün sadəcə “xərclənən materialdır”, “millətçilik isə Kiyevin dövlət ideologiyasına çevrilib”.

“Prezident Putinin qəbul etdiyi qərarlar olmasaydı, bizim ölkə ərazisində hərbi əməliyyatlar aparılardı. O, Rusiyaya hücumun qarşısını ala bildi”, – Volodin vurğulayıb.

Milli.az