NATO: “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik” – FOTObackend

NATO: “Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Rusiyanın Ukraynadakı Donetsk və Luqanskı tanımasını qınayıram”.

Bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq özünün “Twitter” hesabında yazıb.

O, qeyd edib ki, bu, münaqişənin həlli səylərini puç edir və Minsk razılaşmalarını pozur.

“NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Biz Moskvanı münaqişəni gərginləşdirməyi dayandırmağa və diplomatiyanı seçməyə çağırırıq”, – deyə o, bəyan edib.