NATO Ukraynaya “alyansa girmə” deyirbackend

NATO Ukraynaya “alyansa girmə” deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın müttəfiqləri prezident Vladimir Zelenskidən “mümkün olmayanı” tələb etməməyi və NATO üzvlərinə ölkənin alyansa daxil olma vaxtı ilə bağlı təzyiq göstərməməyi xahiş ediblər.

Editor.az bildirir ki, bu barədə “The Telegraph” qəzeti mənbələrə istinadən yazıb. Nəşrin fikrincə, Ukraynanın NATO-ya üzvlüyü məsələsi yaxın gələcəkdə alyansın Rusiya ilə münaqişəyə cəlb olunması qorxusundan irəli getməyəcək. ABŞ və Almaniya, xüsusən də Ukraynanın NATO-ya daxil olma vaxtının dəqiqləşdirilməsinin və bu prosedurun sürətləndirilməsinin əleyhinədirlər.

Eyni zamanda, Böyük Britaniya, Litva və Fransa NATO-nun iyul sammitinin yekun sənədində hansısa formada “dəvət” sözünün olmasında israr edirlər. “The Telegraph” yazır ki, indi müttəfiqlər razılığa gəliblər ki, iyulda keçiriləcək sammitdə bu prosesə dəstək əlaməti olaraq Ukraynanın NATO-ya daxil olması üçün yol xəritəsini təsdiq edilsin. “Bu dəvət deyil, lakin bu, buna doğru bir addımdır”, – deyə adı açıqlanmayan diplomat bildirib.

//Samir Qurbanov, Editor.az