NATO Ukraynaya dəstəyini davam etdirəcək – Yens Stoltenberqbackend

NATO Ukraynaya dəstəyini davam etdirəcək – Yens Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 4-də NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşüb.

Editor.az bildirir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb. Stoltenberq “Alyansın Ukraynaya sarsılmaz dəstəyini vurğulayıb”, – bəyanatda deyilir.

Görüş zamanı NATO-nun baş katibi və Ukrayna Müdafiə Nazirliyinin rəhbəri döyüş meydanındakı son hadisələri və Ukraynanın təcili hərbi ehtiyaclarını müzakirə ediblər.

Qışın döyüş əməliyyatlarını çətinləşdirəcəyi gözlənilən bir şəraitdə Stoltenberq vurğulayıb ki, müttəfiqlər Rusiyanın işğalından müdafiədə Ukraynaya siyasi və praktiki dəstəyi artırmağa sadiqdirlər.

Baş katib təsdiqləyib ki, NATO Ukrayna qüvvələrinin tam fəaliyyət göstərməsi üçün Ukraynaya uzunmüddətli dəstək verəcək ”, – press-relizdə deyilir. Bundan əlavə, tərəflər Ukraynanın NATO-ya üzvlük yolunu və Ukraynanın islahatlar səylərini müzakirə ediblər.

“Stoltenberq təsdiqləyib ki, bütün müttəfiqlər razılaşdıqda və şərtlər yerinə yetirildikdə, Ukrayna NATO-ya üzv olacaq”, – Alyansın mətbuat xidməti qeyd edib. NATO baş katibi xatırladıb ki, bu görüş NATO-Ukrayna Şurasının noyabrın 29-da xarici işlər nazirləri səviyyəsində keçirilən iclasından sonra keçirilib.

//Samir Qurbanov, Editor.az