NATO Ukraynaya əlavə dəstək üçün 1 milyard dollar ayırırbackend

NATO Ukraynaya əlavə dəstək üçün 1 milyard dollar ayırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş NATO ölkəsi Ukrayna Silahlı Qüvvələri üçün ABŞ istehsalı silahların alınmasına dair razılığı təsdiqləyib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Teleqram kanalında məlumat verilib.

Bəyanatda qeyd olunur: “Beş ölkə PURL proqramı çərçivəsində öz müdafiə qüvvələrinə əlavə dəstək məqsədilə 1 milyard dolların ayrıldığını təsdiqləyib.”

NATO-nun baş katibi Mark Rutte dekabrın 3-də açıqlamasında bildirib ki, Şimali Atlantika Alyansına üzv dövlətlər gələn il Ukrayna üçün ABŞ-dan 1 milyard avro dəyərində silah almağı planlaşdırır. Onun sözlərinə görə, müttəfiqlər PURL təşəbbüsü çərçivəsində indiyədək 4 milyard avro dəyərində ABŞ silahı alıblar. NATO bu rəqəmi 2025-ci ilin sonuna qədər 5 milyard avroya çatdırmağı hədəfləyir.

//Gülnarə Abasova, Editor.az