NATO Ukraynaya qoşun göndərməyi planlaşdırmır – Yens Stoltenberqbackend

NATO Ukraynaya qoşun göndərməyi planlaşdırmır – Yens Stoltenberq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı Ukraynaya döyüş hissələri göndərməyi planlaşdırmır.

Editor.az bildirir ki, bu fikri NATO-nun baş katibi Yens Stoltenberq deyib. Bir gün əvvəl ABŞ Dövlət Departamentinin məsləhətçisi Edvard Luttvak “UnHerd” portalı üçün yazdığı məqalədə NATO-nun Ukraynaya qoşun yeritməli olacağını yazmışdı. Luttvak bildirib ki, Ukraynada “800 mindən az fəal əsgər var” və onların çatışmazlığı səbəbindən “Ukrayna qoşunları təkrar-təkrar geri çəkiləcək”.

O iddia edib ki, Britaniya, Fransa və Skandinaviya ölkələri “artıq səssizcə cəbhə xəttindən uzaqlaşa biləcək həm kiçik elit birliklər, həm də maddi-texniki və dəstək personalı olan qoşunlar göndərməyə hazırlaşır”.

Lakin biz Ukraynaya heç bir döyüş bölməsi göndərmək niyyətində deyilik”, -deyə Stoltenberq Polşa televiziyasında deyib. O əlavə edib ki, alyans ölkələri Ukraynaya “əsaslı hərbi dəstək” verir və təchizatın, xüsusən də hava hücumundan müdafiə sistemlərinin artırılmasına çalışır.

//Samir Qurbanov, Editor.az