NATO Ukraynaya qoşun yeritmək üçün bəhanə axtarırbackend

NATO Ukraynaya qoşun yeritmək üçün bəhanə axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya parlamentinin “Sarah Vaqenknext “Ədalət və Səbəb” partiyasından olan üzvü Sevim Dagdelen “Neytrality Studies” YouTube kanalı ilə söhbətində NATO-nun Ukrayna ərazisinə qoşun yerləşdirmək üçün bəhanə üzərində düşündüyünü deyib.

Onun sözlərinə görə, alyansın rəhbərliyi Vyetnam müharibəsinin başlanğıcına bənzər ssenari yaratmağı planlaşdırır. “Birləşmiş Ştatların Vyetnamdakı hərbi əməliyyatlara rəsmi girişindən bir qədər əvvəl 15 min məsləhətçi artıq orada idi. Sonradan həmin müşavirləri “qorumaq” üçün ora Amerika qoşunları göndərildi… Göründüyü kimi, burada (Ukraynada) alman və ya Rusiyanı vurmağa qadir olan digər silahların yerləşdirilməsi ilə oxşar bir şey hazırlanır”, – deyə xanım Dagdelen qeyd edib.

Deputatın fikrincə, Şərqi Avropada münaqişənin genişlənməsinin qarşısını Qlobal Cənub dövlətləri də daxil olmaqla, ölkələrin koalisiyası yaratmaqla almaq olar.

Xatırladaq ki, fevralda Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etməyib və may ayında Ukrayna hakimiyyətinin tələbi ilə belə bir imkana icazə verəcəyini açıqlayıb.

//Samir Qurbanov, Editor.az