NATO Ukraynaya Rusiya ilə sülh şərtləri tətbiq etməyəcəyinə söz verirbackend

NATO Ukraynaya Rusiya ilə sülh şərtləri tətbiq etməyəcəyinə söz verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Alyans Rusiya ilə münaqişədə Ukrayna adından sülhü hansı şərtlərlə qəbul edəcəyinə qərar verməyəcək.

Editor.az “RİA Novosti”yə istinadla yayıb. “Biz burada qərargahda oturub Ukraynanın hansı şəraitdə sülhə nail olacağına qərar verməyəcəyik. Bunu Ukraynanın özü həll edəcək”,- deyə bildirilib.

İyunun 13-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib ki, Şimali Atlantika Alyansı çoxdan Rusiya ilə potensial silahlı münaqişəyə hazırlaşır. Həmin gün Stoltenberq bəyan edib ki, NATO Ukraynanın Rusiya ərazisinə hücum etmək üçün Qərb silahlarından istifadə etməsini eskalasiya kimi qiymətləndirmir.

//Gülnarə Abasova, Editor.az