NATO Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyirbackend

NATO Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiya ərazisində “qanuni hədəflərə” hücumlar üçün Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır.

Editor.az xəbər verir ki, Stoltenberq NATO Parlament Assambleyasının sessiyasında öz çağırışını bir daha təkrarlayıb. Onun sözlərinə görə, Xarkov yaxınlığında rus ordusunun hücumu fonunda belə tədbirlər görmək lazımdır. O, hesab edir ki, Ukrayna ordusunun Rusiya Federasiyası ərazisinə hücumları özünümüdafiə kimi qiymətləndirilməlidir: “Ukraynalıların Rusiya ərazisindəki hərbi obyektlərə hücum edə bilməməsi onların müdafiəsini çox çətinləşdirir, çünki onların silahdan istifadəsinə məhdudiyyətlər var. Bu özünümüdafiədir.

Bəzi NATO ölkələri məhdudiyyətləri aradan qaldırıb, indi qalan məhdudiyyətləri aradan qaldırmağın vaxtıdır”, – NATO-nun baş katibi əmindir.

//Samir Qurbanov, Editor.az