NATO üzvlüyü təklif etməyə hazır deyilsə… – Zelenskibackend

NATO üzvlüyü təklif etməyə hazır deyilsə… – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-ya üzv olan ölkələr Ukraynanın üzvlüyünü qəbul etməyə hazır deyillərsə, Ukrayna üçün hüquqi təhlükəsizlik təminatları hazırlamalıdırlar.

Editor.az Trend-ə istinadən bildirir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Reuters agentliyinə müsahibəsində bildirib.

Prezident beynəlxalq ictimaiyyəti Ukraynaya dəstək üçün daha çox iş görməyə, o cümlədən Ukrayna ərazisi üzərində uçuşa qadağan zonanın tətbiqinə çağırır.

“Söhbət NATO ölkələrini müharibəyə cəlb etməkdən getmir. Həqiqət budur ki, hamı uzun müddətdir müharibəyə cəlb olunub”, – Zelenski bildirib.

Ukrayna dövlət başçısının qeyd edib ki, ABŞ prezidenti Co Baydenin ona bildirdiyinə görə, hələ ki belə bir tədbirin tətbiqi vaxtı deyil.

“Əgər bizim tərəfdaşlarımız Rusiyanın Ukraynanı NATO-da olmasını istəmədiyi üçün ölkəmizi NATO-ya qəbul etməyə hazır deyillərsə, o zaman Ukrayna üçün ümumi təhlükəsizlik təminatlarını hazırlamalıdırlar”, – Zelenski bildirib.

“Bu o deməkdir ki, bizim ərazi bütövlüyümüz var, sərhədlərimiz qorunur, bütün qonşularımızla xüsusi münasibətlərimiz var, tam təhlükəsizliyimizi təmin edən zaminlər buna qanuni şəkildə edirlər”, Ukrayna prezidenti əlavə edib.