NATO və Avropa İttifaqından Rusiyaya sərt reaksiya: “Məsuliyyətsizlikdir”backend

NATO və Avropa İttifaqından Rusiyaya sərt reaksiya: “Məsuliyyətsizlikdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın nüvə ritorikası təhlükəlidir. NATO buna qarşı hazır vəziyyətdədir. Biz gedişatı diqqətlə izləyirik. Rusiyanın nüvə mövqeyində bizim müdaxiləmizi tələb edəcək hər hansı məqam görməmişik”.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu fikirləri NATO-nun sözçüsü Oana Lungesku mediaya açıqlamasında qeyd edib.

“Rusiya ən son Yeni START sazişində iştirakını dayandırmaqla silahlara nəzarət üzrə öz öhdəliklərini dəfələrlə pozub. Rusiya dərhal öhdəliklərinə əməl etməli və vicdanla hərəkət etməlidir”, – Lungesku bildirib.

Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell də sosial media hesabında Rusiya və Belarusa reaksiya verib: “Belarusun Rusiyanın nüvə silahına ev sahibliyi etməsi gərginliyin məsuliyyətsiz şəkildə artması və Avropa təhlükəsizliyinə təhdiddir. Belarus hələ də bunu dayandıra bilər. Bu, onun öz qərarıdır. Aİ əlavə tədbirlərlə cavab verməyə hazırdır”.

//Safura Bənnayeva, Editor.az