NATO Baltik dənizində baş verən insidentin təfərrüatlarını aydınlaşdırmaq üçün Estoniya ilə əlaqə saxlayır.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Mark Rutte bildirib.
“NATO və Estoniya yaxın təmasda və koordinasiyadadır, çünki biz nə baş verdiyini dəqiq bildiyimizə əmin olmalıyıq”,- o deyib.
Estoniya mayın 14-də Rusiyanı hava məkanını pozmaqda ittiham edib. Estoniya tərəfinin məlumatına görə, sərhəd pozuntusu Juminda yarımadasının şimalında, Finlandiya körfəzi üzərində baş verib.
Bununla əlaqədar Rusiyanın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna bəyan edib ki, Xarici İşlər Nazirliyi bununla bağlı etiraz bəyanatı və nota verməyi planlaşdırır.
//Gülnarə Abasova, Editor.az