Bu gün Antalyanın Belek kəndində NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü başlayır.
Burada nazirlərin yeni “Hazırlıq 2030” strategiyası çərçivəsində müdafiə xərclərinin artırılmasını, habelə iyun ayında Haaqada keçiriləcək sammiti və digər aktual məsələləri müzakirə edəcəkləri gözlənilir.
NATO-nun baş katibi Mark Rutte bir gün əvvəl Türkiyəyə gəlib. O, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və ölkənin xarici işlər naziri Hakan Fidanla görüşlər keçirib.
//Samir Qurbanov, Editor.az

