NATO: “Yaşanan bütün dəhşətin məsuliyyətini Putin daşıyır”backend

NATO: “Yaşanan bütün dəhşətin məsuliyyətini Putin daşıyır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Buça qəsəbəsindəki qətliamla bağlı açıqlama verib.

Editor.az xəbər verir ki, o, mülki vətəndaşların qətlə yetirilməsinin hərbi cinayət olduğunu bildirib:

“Bu müharibədə baş verənlərə görə, vəhşiliyə və insan itkisinə görə bütün  məsuliyyət Putinin üzərindədir. Bizim vəzifəmiz isə Ukraynaya dəstək verməkdir. Biz Ukraynanı dəstəkləyirik və bunu davam etdirəcəyik. Hazırda daha yaxşı vəziyyətdə olan Ukrayna ordusundan danışmaq olar və NATO-nun da bunda payı var. Biz Putinə təzyiqi davam etdirməliyik və Rusiyanı misli görünməmiş sanksiyalarla bədəl ödəməyə məcbur edəcəyik. NATO münaqişənin genişlənməsinin qarşısını almağa çalışır. Ukraynanı dəstəkləməklə yanaşı, münaqişəni gərginləşdirmədən bunu etmək lazımdır. Buçadakı görüntülər Avropanın onilliklər ərzində görmədiyi vəhşilikdir. Biz son dərəcə təhlükəli nüvə ritorikasını eşitmişik. Bu barədə ilk danışan onlar oldu. Onlar bu söhbətə müharibədən əvvəlki hazırlıq dövründə başlayıblar”.

Stoltenberq Çinin münaqişəyə yanaşmasını da qınayıb.

“NATO Xarici İşlər Nazirlərinin görüşü keçiriləcək. Finlandiya, İsveç, Gürcüstan və Avropa İttifaqı ölkələri, NATO-nun Asiya Sakit Okean üzrə tərəfdaşları Avstraliya, Yaponiya, Yeni Zelandiya və Koreya Respublikası da bu tədbirə qoşulacaq. Çünki bu böhranın hamımızı narahat edən qlobal nəticələri var. Biz görürük ki, Çin Rusiyanın təcavüzünü qınamaq istəmir və xalqların öz yolunu seçmək hüququna şübhə ilə yanaşaraq Moskvaya qoşulur. İlk dəfə olaraq Çinin qlobal səviyyədə artan təsirini görürük”, – deyə Yens Stoltenberq bildirib.

//Editor.az