Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasındabackend

Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı ali məktəbləri sırasında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Dövlət Universiteti Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri arasında yer alıb.

Bu barədə Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi məlumat yayıb.

Qeyd edilir ki, “Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəli hesab olunur. Reytinq dörd geniş sahə üzrə hərtərəfli və balanslaşdırılmış müqayisəni təmin etmək üçün tədqiqat, idarəetmə, təbliğat və tədris göstəricilərindən istifadə edir. Təqdim edilən dörd nömrəli “Keyfiyyətli təhsil” dayanıqlı inkişaf məqsədi üzrə reytinq cədvəlində 601-800, dayanıqlı inkişaf məqsədlərinin 7-ci məqsədi “Sərfəli və təmiz enerji” üzrə 601-800, 17-ci dayanıqlı inkişaf məqsədi olan “Məqsədlər üçün tərəfdaşlıq” üzrə 1001+ və son olaraq 10 nömrəli dayanıqlı inkişaf məqsədi “Bərabərsizliyin azaldılması” üzrə reytinq nəticəsi 401-600 olaraq göstərilib.

Əlavə olaraq nəzərinizə çatdıraq ki, “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində yer alan dünyanın ən yaxşı universitetləri sırasında Naxçıvan Dövlət Universiteti Azərbaycanın 7 ali təhsil müəssisəsindən biridir.