Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutuldubackend

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan istiqamətində yerləşən mövqelərimiz növbəti dəfə atəşə tutulub.

Editor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir:

“İyunun 16-sı saat 00:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Yeğeqnadzor rayonunun Bardzruni yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub”.