Naxçıvan-Şahbuz magistralında qəza: İki azyaşlı uşaq xəsarət alıb – FOTObackend

Naxçıvan-Şahbuz magistralında qəza: İki azyaşlı uşaq xəsarət alıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan-Şahbuz magistralında yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə magistralın Uzunoba kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mitsibushi” markalı avtomobilin yoldan çıxmasın və aşması nəticəsində iki azyaşlı uşaq xəsarət alıb. Xəsarət alanlar Kəngərli rayon Çalxanqala kənd sakinləri 2006-cı il təvəllüdlü Səmədov Xəyyam Samin oğlu və 2009-cu il təvəllüdlü Səmədov Ömər Samin oğlu təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri orta ağırdır.

İlkin məlumata görə, qəzaya səbəb avtomobilin sürücüsünün sükan arxasında yatması olub.

Faktla bağlı araşdırma davam etdirilir.