Naxçıvana bilet problemi Milli Məclisdə qaldırıldı: “Hökumət ciddi düşünməlidir”backend

Naxçıvana bilet problemi Milli Məclisdə qaldırıldı: “Hökumət ciddi düşünməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda ölkəmizdə ən çox müzakirə edilən məsələlərdən biri Naxçıvana aviabiletlərin qiymətinin artırılmasıdır.

Bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən ilk plenar iclasında deputat Fazil Mustafa danışıb. O qeyd edib ki, avtomobillə İrandan keçərək Naxçıvana getmək əvvəllər ucuz idisə, indi bahadır:

“Təyyarə biletlərinin çoxu turizm şirkətlərinə satılır, bundan əziyyət çəkən yerli əhalidir. Nəqliyyat xərci əhali üçün ciddi problemə çevrilir. Bunu hökumət ciddi düşünməli, həll yolu tapmalıdır”./modern.az