Naxçıvanda Anım Günü qeyd olunub, şəhid məzarları ziyarət edilibbackend

Naxçıvanda Anım Günü qeyd olunub, şəhid məzarları ziyarət edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

27 Sentyabr – Anım Günü münasibətilə Naxçıvan Muxtar Respublikasında (MR) silsilə tədbirlər keçirilir.

“Report”un yerli bürosunun məlumatına görə, sentyabrın 27-də muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarında çalışanlar, ictimaiyyət nümayəndələri 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edirlər.

Naxçıvan şəhərində və muxtar respublikanın digər yaşayış məntəqələrində baş tutan ziyarətlər zamanı məzarların önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin ruhu minnətdarlıqla anılır.