Naxçıvanda daşınmaz əmlaka dair elektron xidmətlərdən istifadə kəskin artıbbackend

Naxçıvanda daşınmaz əmlaka dair elektron xidmətlərdən istifadə kəskin artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 3 136 elektron xidmət göstərib.

Bu barədə “Report”un yerli bürosuna qurumdan bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 dəfə çoxdur.