Naxçıvanda kişini bıçaqla hədələyərək görüntülərini çəkən dəstə üzvləri saxlanıldılar – VİDEObackend

Naxçıvanda kişini bıçaqla hədələyərək görüntülərini çəkən dəstə üzvləri saxlanıldılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan polisi tərəfindən keçirilmiş təxirəsalınmaz tədbirlərlə cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir – red.) bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək videoçəkiliş aparan şəxslər saxlanılıblar.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ordubad rayon Nüsnüs kənd sakinləri – Leysan Hüseynov, Firqət Hüseynov, Ülvi Quliyev, Bayram Quliyev saxlanılaraq istintaq təhvil verilib.

Təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə cinayət işi başlanılıb və onlara qeyd olunan maddələr ilə ittiham elan edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda həmin dəstənin qeyri-qanuni fəaliyyətinə dair halların dəqiqləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.