Naxçıvanda olay: dostunu maşında bıçaqla vurdu…backend

Naxçıvanda olay: dostunu maşında bıçaqla vurdu…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 29-u 1981-ci il təvəllüdlü Mürsəl Hüseynəliyevin Şərur rayon Mərkəzi xəstəxanasında ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Editor.Az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1980-ci təvəllüdlü Abdulla Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şərur rayonu ərazisində özünə məxsus avtomobildə dostu Mürsəl Hüseynəliyevin sağ ayağının bud nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Abdulla Abdullayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir./Globalinfo.az