Bu barədə “Yeni Sabah“a onun yaxınları məlumat verib.
Bildirilib ki, İ.Əliyevin səhhəti qəfildən pisləşib və insult keçirib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhumun noyabrın 19-da Bakının Buzovna qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, İbrahim Sabir oğlu Əliyev 1968-ci ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsini bitirib.
Əfqanıstan müharibəsində iştirak edib. 1991-ci ildə Naxçıvanın müdafiəsinə qoşulub. 1994-cü ildə Ermənistanla atəşkəsdən sonra o zamankı Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyində işləyib.
Ehtiyatda olan zabit idi.
Allah rəhmət eləsin!


