“Nazarbayev” prospektinin adı dəyişdirildi? – Açıqlamabackend

“Nazarbayev” prospektinin adı dəyişdirildi? – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər buraxılışında aparıcının Almatıdakı “Nazarbayev” prospektini köhnə adla adlandırması texniki səhvdir.

Editor.az xəbər verir ki, bu barədə Qazaxıstanın “Xəbər 24” dövlət telekanalı məlumat yayıb.

“Almatıdakı prospektin adının efirimizdə yanlış səslənməsi texniki səhv idi. Telekanalın hansısa küçənin adını dəyişmək səlahiyyəti yoxdur. Redaksiya bunun necə baş verdiyini araşdırır”, – telekanaldan bildirilib.

Qeyd edək ki, “Xəbər 24” telekanalının efirində “Nazarbayev” prospekti köhnə adı ilə “Furmanov” adlandırılıb.

Xatırladaq ki, sözügedən prospekt 2017-ci ilə kimi rus yazıçısı Dmitri Furmanovun adını daşıyıb./axar.az