Nazarbayevin qızı Qazaxıstan hadisələrindən danışdıbackend

Nazarbayevin qızı Qazaxıstan hadisələrindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin kiçik qızı Aliyə ölkədə baş verən son hadisələrdən çox narahat olduğunu bildirib və atasına verdiyi dəstəyə görə Qazaxıstan xalqına təşəkkür edib.

Bu barədə o, “Facebook” səhifəsində yazıb.

“Ölkəmizdə baş verən faciəli hadisələri ürək ağrısı ilə yaşayıram. Qurbanlar və itkin insanlar üçün ağrı və təəssüf hissini ifadə etməyə söz yoxdur. Bütün qurbanların ailələrinə dərin hüznlə başsağlığı verirəm”.

Qazaxıstanın birinci prezidentinin qızı deyib:

“Hamımız üçün bu qəddar dərsin tariximizdə sonuncu olacağına ümid edirəm. İnsanların dinc vaxtda ölməsi düzgün deyil”.

“Sizdən aldığım dəstək sözlərinə görə də sizə təşəkkür edirəm. Hazırda atamın mənəvi dəstəyinə görə təşəkkür edirəm, o, bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu mesajlar alır”, – deyə Aliya Nazarbayeva qeyd edib.

Qazaxıstanın eks-prezidentinin kiçik qızının 41 yaşı var. O, bizneslə, ictimai fəaliyyətlə, xeyriyyəçiliklə məşğuldur, həmçinin filmlərə prodüserlik, 2017-ci ilin noyabr ayından ölkədə yaradılmış Ekologiya Təşkilatları Assosiasiyasına rəhbərlik edir./yenisabah