Şairə Nazilə Səfərli əməliyyat olunan müğənni Şəbnəm Tovuzlunu ziyarət edib.
Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında rəfiqəsinin görüntülərini paylaşan şairə onunla zarafatlaşıb.
Nazilə Səfərli Ş.Tovuzlunun hazırda özünü yaxşı hiss etdiyini deyib və onun yemək yediyi görüntüləri izləyiciləri ilə bölüşərək zarafatyana yazıb:
“Xəstə qulluq sevir, amma sən çox artist xəstəsən. Qutabı tuta bilirsən, amma qatıq stəkanını yox? Tez sağal”.
Qeyd edək ki, Şəbnəm Tovuzlu uzun müddətdir səhhətində olan problemi aradan qaldırıb.O, qolunun altındakı xoşagəlməz vəzi götüzdürüb.
Həmin görüntüləri təqdim edirik: