Nazilə Eyvazova vəfat etdi – FOTObackend

Nazilə Eyvazova vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının mama-ginekoloqu dünyasını dəyişib.

Mingəçevir Mərkəzi Xəstəxanası Ginekologiya – Doğum şöbəsinin Yenidoğulmuşların İntensiv Terapiya bölməsinin həkim-neonatoloqu Eyvazova Nazilə Nurəddin qızı ağır xəstəlikdən sonra vəfat edib.

1959-cu ildə Ağdam rayonunda  anadan olan  Nazilə Eyvazova 1983-cü ildən başlayaraq Mingəçevir və Ağdamda həkim-pediatr kimi fəaliyyət göstərib. 2019-cu ildən etibarən isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ginekologiya – Doğum Şöbəsinin Yenidoğulmuşların İntensiv Terapiya bölməsində həkim-neonatoloq kimi çalışıb. (unikal)