Nazilənin bir gecədə QORXUDAN SAÇI AĞARIB – Üzün niyə cırıq deyil? – FOTObackend

Nazilənin bir gecədə QORXUDAN SAÇI AĞARIB – Üzün niyə cırıq deyil? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı görüntülər ölkə gündəmini alt-üst edib.

Bir çox məşhur idmançılar və sənət adamları da bu qandonduran olaya səssiz qala bilmədi.

Milli.Az xəbər verir ki, onlardan növbətisi qiraətçi Nazilə Səfərlidir.

Nazilə Fəridin ölümündən sonra çıxıb telekanallara verdiyi müsahibəyə fikrini bildirib:

“Sadəcə müşahidələrimi bölüşürəm. Məni çox da ciddiyə almayın. Bu şəxsi fikrimdir. İstintaqda səhlənkarlığa və saxtakarlığa yol verilməsə saçı “ukladkalı”, əyin-başı yetərincə səliqəli, balasına yas saxlamaq əvəzinə hər zəngə cavab verən, müsahibə verən ananı tutacaqlar.

Yenə deyirəm məni çox ciddiyə almayın. Sadəcə ana olanlar yazsın, iraq evlərdən, belə hadisəni kim yaşasa necə olardı?

Şəxsən mənim balam uşaqlıqda bərk xəstələnmişdi, başı ləçəkli o qədər özümü döymüşdüm, acizlikdən bir gecədə saçım ağardı.

Ay “mamoçka”, Hanı sənin saçlarının yoluğu?
Hanı gözlərinin bulağı?
Üzün niyə cırıq deyil?
Neylədin o bəxtsiz uşağı?
Şokdasan, yoxsa stressdə?
Ağlamağın gəlmir?
Sən analiz vermisən?
Bu nə rahatlıqdır?
İttiham etmirəm haa. Görməmişliyimə say və mümkünsə cavab ver!”.