Nazim Süleymanov “Ximki”nin əvəzedici komandasının baş məşqçisi təyin olunubbackend

Nazim Süleymanov “Ximki”nin əvəzedici komandasının baş məşqçisi təyin olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin sabiq futbolçusu Nazim Süleymanova Rusiya “Ximki”sində yeni vəzifə verilib.

Klubun rəsmi saytında verilən məlumata görə, 58 yaşlı mütəxəssis əvəzedici komandanın baş məşqçisi təyin olunub.

O, daha əvvəl “Ximki”nin U-19 komandasına rəhbərlik edirdi.

Qeyd edək ki, Nazim Süleymanov ötən ilin sentyabrından Rusiya klubunda çalışır.