Nazir: “Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmir”backend

Nazir: “Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistan təxribatlardan əl çəkmir.

“Report” Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşündə deyib.

Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Ermənistanın öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb.