Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsi müvəqqəti icrası Anar Qədiməliyevə tapşırıla bilər.
Editor.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Nərminə Arif qızı Hüseynova Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini kimi fəaliyyətini davam etdirəcək.
Nərminə Hüseynova elm və təhsil naziri Emin Əmrullayevin 23 fevral 2024-cü il tarixli əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edib.
Xatırladaq ki, bir neçə gün əvvəl Emin Əmrullayevin imzaladığı müvafiq əmrə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tutduğu vəzifədən azad olunaraq, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Mia.az saytı isə yazır ki, Anar Qəriməliyevə Bakı təhsilnin spefiaksını mənimsəmək üçün bir neçə aylıq şans veriləcək. Ondan sonra isə o, müdir vəzifəsinə rəsmi təyinat alacaq. Hələlik isə o, əvəzləyici kimi işləyəcək.
Qeyd edək ki, Anar Qədiməliyev medianın gündəminə mütəmadi olaraq, qalmaqallı xəbərlərlə gəlib.
\Editor.az