Nazir deputatın adını siyahıdan çıxardı – “Düşünüb ki, özü hər şeyi hamıdan yaxşı bilir”backend

Nazir deputatın adını siyahıdan çıxardı – “Düşünüb ki, özü hər şeyi hamıdan yaxşı bilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan gənc müəllimlər Assosiasiasının  sədri Rüfət Əsədzadə 17 iyun tarixində keçirilən  Gənc Müəllimlərin III Forumuna məni dəvət edəndə bildirdi ki, proqramda mənim də çıxışım var. Foruma bir gün qalmış xəbər gəldi ki, Elm və Təhsil naziri Emin Əmrullayev adımızı çıxışçıların siyahısından çıxarıb. Yəqin düşünüb ki, özü hər şeyi hamıdan yaxşı bilir”.

Bunu özünün sosial şəbəkə hesabında deputat Etibar Əliyev yazıb.

“Tədbirə qatılmadım, ancaq düşünürəm ki, imkan yaradılsaydı gənc müəllimlərə həm də bir pedaqoq kimi bəzi tövsiyyələrimi verərdim”, – E.Əliyev qeyd edib.