Nazir Hacı Mazanın oğluna yeni VƏZİFƏ VERDİbackend

Nazir Hacı Mazanın oğluna yeni VƏZİFƏ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.

Editor.az unikal.org-a istinadən bildirir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb. O, bu təyinatadək BDYPİ-nin Yol Hərəkətinin Təşkili şöbəsinin inspektoru vəzifəsində çalışıb.

Qeyd edək ki, B.Zeynalov Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.