Azərbaycanda nazir müavini vəzifəsindən azad olunub.
Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev Ramiz Həsənovun Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə R.Həsənov Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, R. Həsənov 2008-ci ildən nazir müavini vəzifəsini icra edib.


