Nazir müavininin həbsdən çıxan bacısı oğluna yüksək vəzifə verildibackend

Nazir müavininin həbsdən çıxan bacısı oğluna yüksək vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

Editor.az  iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə İmran Ağayev təyinat alıb.

O, bundan əvvəl klinikada baş həkim vəzifəsində çalışıb.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, İ.Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur. O, daha əvvəllər Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində çalışıb. O, 2021-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib və 2023-cü ildə azadlığa buraxılıb.