Nazir müşaviri ictimai qınaqdan qorxdu – Statusunu sildibackend

Nazir müşaviri ictimai qınaqdan qorxdu – Statusunu sildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəvəsi yaşda qızla qeyri-əxlaqi görüntüləri yayılan eks-deputat Hüseynbala Mirələmovu sosial şəbəkədə müdafiə edən Təhsil Nazirinin müşaviri Elnur Nəsibov ictimai qınaqdan qorxaraq geri addım atmalı olub.

Yenisabah.az xəbər verir ki, nazir müşaviri bununla bağlı “Facebook”da yazdığı statusu silib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan qeyri-əxlaqi video cəmiyyətin böyük narazılığına və geniş müzakirəsinə səbəb olub. Təhsil Nazirinin müşaviri Elnur Nəsibov da “Facebook” hesabında hadisəyə münasibət bildirmişdi. O, böyük ehtimalla yazıçı H.Mirələmovu nəzərdə tutaraq yazmışdı ki, “Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa..”. Nazir müşavirinin statusundan belə anlaşılırdı ki, sanki ölkədə hamı Hüseynbala Mirələmov ağıldadır, hamı əxlaqsızdır və bu, adi haldır.

 

Nazir müşaviri ictimai qınaqdan qorxdu –  Statusunu sildi
Nazir müşaviri ictimai qınaqdan qorxdu –  Statusunu sildi