Nazir polkovnik-leytenanta yeni vəzifə verdibackend

Nazir polkovnik-leytenanta yeni vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Editor.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis polkovnik-leytenantı Elnur Məmmədov Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu təyinata qədər həmin vəzifəni polis mayoru İlham Kərimov icra edib.