Nazir: Türkiyənin Azərbaycana dəstəyi davam edəcəkbackend

Nazir: Türkiyənin Azərbaycana dəstəyi davam edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 30 ildir davam edən diplomatik danışıqlar nəticə vermədi, Azərbaycan döyüş meydanında haqqını geri aldı”.

Pravda.az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekunlarına dair çıxışında deyib.

O bildirib ki, türk milləti olaraq Azərbaycana dəstək veriblər.

“Azərbaycana sadəcə qardaş olaraq yox, haqlı olduğu üçün dəstək verdik”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Nazir qeyd edib ki, bundan sonra da Türkiyənin Azərbaycana dəstəyi davam edəcək.